"Lokomotiv”in daha bir voleybolçusu özünə yeni komanda tapıb. "Dəmiryolçular”ın uğursuz mövsümdən sonra xidmətindən imtina etdikləri cənubi koreyalı Sa-Ni Kim vətəninə qayıdıb.
33 yaşlı toppaylayıcı "Altos” klubu ilə razılıq əldə edərək, 1 illik rəsmi müqavilə bağlayıb. Qeyd edək ki, "Lokomotiv”in ötən mövsüm heyətinə qatdığı oyunçular ya vətəninə qayıdır, ya da digər ölkələrin aşağı liqa klublarına keçirlər.