"Rabitə”nin amerikalı voleybolçusu Kristi Cekson karyerasını Almaniyada davam etdirəcək. 24 yaşlı blokçu "Dresdner”lə danışıqları müsbət yekunlaşdırıb. Azərbaycan çempionu Bundesliqa klubu ilə 1 illik rəsmi müqaviləyə imza atıb. Cekson yeni komandasında icarə əsasında oynayacaq.
Qeyd edək ki, Kristi daha öncə "İqtisadçı” ilə anlaşsa da, Bakı klubu dağıldığı üçün "Rabitə”nin düşərgəsinə qayıtmışdı.