"Azəryol” daha bir voleybolçunun keçidinə nail olub. Yeni mövsümdə çempionluq iddiası ilə çıxış etməyi planlaşdıran Bakı təmsilçisi heyətini Anastasiya Muzika ilə gücləndirib. 24 yaşlı həmyerlimizlə 1 illik müqavilə bağlanıb. 185 sm boya malik toppaylayıcı Natəvan Qasımovanın əvəzedicisi hesab olunur. Muzikanın gəlişi ilə "Azəryol”da toppaylayıcıların sayı 3-ə çatıb. Onunla yanaşı, yığmamızın əsas kapitanı Oksana Parxomenko və bolqarıstanlı Lora Kitipova da komandada eyni mövqedə oynayacaqlar. Ümumilikdə isə komandanın voleybolçularının sayı isə 13-ə çatıb. "Azəryol” yeni mövsümdə, adıçəkilən voleybolçulardan başqa, Lenka Dürr, Kseniya Kovalenko, Anastasiya Qurbanova, Odina Bayramova (Əliyeva), Yovana Brakoçeviç, Andressa Pikussa, Tabita Lav, Yelena Nikoliç, Ceyran Əliyeva və Straşmira Filipovanın da köməyindən yararlanacaq.
Qeyd edək ki, klubun yeni transferi 10 nömrəli formanı geyinəcək.