Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Cənubi Koreya çempionatında debüt edib. 24 yaşlı hücumçumuz "Hyundai” klubunun heyətində ilk rəsmi oyununa çıxıb. Rəhimovanın komandası "Huenqkuk” klubunu sınağa çəkib. Seulda keçirilən oyun "Hyundai” komandasının 3:1 hesablı (25:14; 16:25; 25:22; 25:21) qələbəsi ilə yekunlaşıb. Polina 38 xalla matçın ən yaxşı oyunçusu seçilib. "Huenqkuk”da icarə əsasında çıxış edən "Rabitə”nin voleybolçusu Rayçel Rurk isə təmsilçimizdən 6 xal az toplayıb. Azərbaycan çempionunun 32 zərbəsi dəqiq olub.