Qadın voleybolçular arasında Azərbaycan Super-liqasına hazırlaşan klublar yoxlama oyunları keçirməkdə davam edirlər. Son illərin dəyişməz çempionu "Rabitə” digər paytaxt təmsilçisi "Lokomotiv” klubu ilə qarşılaşıb. Paytaxt təmsilçilərinin oyunu çempionun asan qələbəsi ilə yekunlaşıb. "Rabitə” "dəmiryolçular”ı 3 hissədə məğlub edib - 3:0 (25:16 25:20 25:22). Qaliblərin heyətində Yoana Mahmudova hamıdan çox - 11 xal toplayıb. 25 xal toplayan Havliçkovanın fəallığı "Lokomotiv” üçün yetərli olmayıb.