Qadın voleybolçular arasında Türkiyə Super-liqası başlayıb. İlk turda Azərbaycan millisinin toppaylayıcısı Anita Bredis "Yeşilyurt” komandasının heyətində debüt edib. Təmsilçimizin komandası "Qalatasaray” klubu ilə üz-üzə gəlib. Görüş qonaqların asan qələbəsi ilə yekunlaşıb - 3:0 (25:21; 25:17; 25:21). Çempionlar Liqasının qrup mərhələsində "Azəryol”un rəqibi olan "Fənərbağça” da ilk turu qalib kimi başa vurub. İstanbul təmsilçisi "Sarıyer Bld” klubuna heç bir şans verməyib - 3:0 (25:11; 25:15; 25:18).