Bakının qadınlardan ibarət "Azərreyl” voleybol komandası ciddi itki ilə üzləşib.
İtaliya millisinin voleybolçusu Sara Anzanello "Azərreyl”in düşərgəsini tərk edib.
Buna səbəb onun böyrəyində problemin olmasıdır. Əvvəl Bakıda, ardınca İstanbulda müayinə edilən voleybolçunun sağlamlığı üçün cərrahiyyə əməliyyatının zəruri olduğu bildirilib. Bu səbəbdən vətəninə qayıdan 33 yaşlı voleybolçu yaxın günlərdə əməliyyat olunacaq. İtaliyalı həkimlər "Azərreyl”in kapitanının böyrəyinin dəyişməsi haqqında qərar veriblər.
"Azərreyl” böyük ehtimalla onun mövqeyinə yeni oyunçu cəlb edəcək. Çünki Sara Anzanellonun meydana nə vaxt qayıdacağı hələ bilinmir.