Fəaliyyətini dayandıran "İqtisadçı” klubunu CEV kubokunda heç bir Azərbaycan klubunun əvəzləməyəcəyi dəqiqləşib. Avropa Voleybol Konfederasiyası artıq Bakı təmsilçisi ilə bağlı qərarını açıqlayıb.
Yarışın 1/16 final mərhələsində İspaniyanın "Loqrono” klubu ilə qarşılaşmalı olan universitet komandasına hər 2 matçda 3:0 (25:0; 25:0; 25:0) hesablı texniki məğlubiyyət verilib. Nəticədə CEV kubokunda debüt etməli olan "Loqrono” 1/8 finala yüksəlib.