“Rabitə” komandası ilk oyunu uduzdu

“Rabitə” komandası ilk oyunu uduzdu


Azərbaycanın "Rabitə” komandası Çempionlar Liqasında ilk oyununu keçirib.
Noyabrın 12-də start götürən qadın voleybolçular arasında Çempionlar Liqasında mübarizəyə qoşulan "Rabitə” səfərdə Polşanın "Ximik” kollektivi ilə qarşılaşıb. Oyun "Ximik”in 3:0 hesablı qələbəsi ilə başa çatıb (25:22; 25:19, 25:18).