Qadın voleybolçular arasında Cənubi Koreya çempionatında VI turun oyunlarına start verilib. Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu "Hyundai” komandası KGC klubunun qonağı olub. Görüş təmsilçimizin komandasının asan qələbəsi ilə yekunlaşıb - 3:0 (28:26; 25:18; 25:20). Voleybolçumuz "Hyundai” kulubunun qalib gəlməsində yenə əsas pay sahibi olub. O komandasına 26 xal (25 hücum, 1 eys) qazandırıb. Qələbə sayəsində "Hyundai” klubu, müvəqqəti də olsa, yenidən birinci pilləyə yüksəlib.