Qadın voleybolçular arasında Polşa Orlen Liqasında VII turun oyunları keçirilib. Azərbaycan millisinin hücumçusu Yana Ağayevanın şərəfini qoruduğu "Atom” "Aluprof” klubunun qonağı olub. Qarşılaşma təmsilçimiz üçün uğurlu alınmayıb. Yana Ağayevanın meydana çıxmadığı görüşdə onun komandası mövsümdə ilk məğlubiyyəti ilə üzləşib - 3:2.
"Atom”dan fərqli olaraq, Çempionlar Liqasında "Rabitə”nin rəqibi olan "Ximik” qələbələrini sıralamaqda davam edir. Şetsin şəhərinin təmsilçisi bu dəfə səfərdə "Lodz” kulubuna 3:2 (25:21; 25:23; 22:25; 19:25; 15:9) hesabı ilə qalib gəlib.