Ədalət təmsilçimiz Novosibirskdə

Ədalət təmsilçimiz Novosibirskdə

Azərbaycan Voleybol Federasiyasının Hakimlər Komitəsinin sədr müavini, beynəlxalq dərəcəli referi Eldar Zülfüqarov yeni təyinat alıb. Həmyerlimiz Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək "Lokomotiv” (Rusiya) - "Teruel” (İspaniya) görüşündə əsas hakim olacaq. Novosibirskdə təşkil olunacaq kişi komandaları arasında oyunda Eldar Zülfüqarovun köməkçisi funksiyasını türkiyəli Bülent Bozkurt yerinə yetirəcək. Qeyd edək ki, matç noyabrın 19-da olacaq.