Qadın voleybolçular arasında Türkiyə Superliqasında V turun oyunlarına yekun vurulub. Azərbaycan millisinin toppaylayıcısı Anita Bredisin çıxış etdiyi "Yeşilyurt” komandası "Vakıfbank”la qarşılaşıb.
Təəssüf ki, təmsilçimizin komandası bu dəfə məğulibiyyətlə üzləşib. "Yeşilyurt” doğma meydanda 3:1 hesabı ilə məğlub olub. Bredis 3 dəqiq zərbə ilə yadda qalıb. Superliqada "Azəryol”un Çempionlar Liqasındakı rəqibi "Fənərbağça” isə azarkeşlərini yenə qələbə ilə sevindirib. "Sarı-lacivərdlilər” "Əczaçıbaşı”na 3:2 (25:21; 21:25; 23:25; 25:18; 15:13) hesabı ilə qalib gəlib. 5 turdan sonra "Fənərbağça” 14 xalla birincidir. Həm qələbəyə, həm xala həsrət olan "Yeşilyurt” isə sonuncudur.