Qadın voleybolçular arasında Türkiyə Kubokunun 1/4 final mərhələsinə start verilib. "Azəryol”un Çempionlar Liqasındakı rəqibi "Fənərbağça” ilk qarşılaşmasını səfərdə "Bursa BB” klubuna qarşı keçirib. Qonaqlar qələbə qazanmaqda çətinlik çəkməyiblər. Rəqibinə 3:1 (23:25; 25:21; 25:23; 25:16) hesabı ilə qalib gələn İstanbul təmsilçisi cavab oyunu öncəsi böyük üstünlük qazanıb.
Qeyd edək ki, "Fənərbağça” kulubu noyabrın 26-da Çempionlar Liqasının II turu çərçivəsində "Azəryol”la qarşılaşacaq.