Qadın voleybolçulardan ibarət Bolqarıstan millisi baş məşqçisiz qalıb. Komandanın baş məşqçisi Vladimir Kuzyutkin vəzifəsini tərk edəcək. Yerli federasiya rusiyalı dünya çempionu ilə fevralda bağlanan müqaviləni artırmamağa qərar verib. İlin sonuna kimi hansısa mötəbər yarışın olmadığını nəzərə alsaq, Kuzyutkin artıq bolqarlarla vidalaşıb.
Qeyd edək ki, Bolqarıstan millisi təcrübəli mütəxəssisin rəhbərliyi altında qatıldığı dünya çempionatında Belçika ilə 11-12-ci yerləri bölüşüb.