Qadın voleybolçular arasında Cənubi Koreya çempionatının VIII turunun oyunları keçirilib. Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu "Hyundai” GS klubunu qəbul edib.
Qarşılaşma təmsilçimizin komandası üçün çətin alınıb. "Hyundai” hesabda geridə olmasına baxmayaraq, əzmkar qələbə qazanıb - 3:2 (23:25, 25:20, 23:25, 25:23, 15:12). Rəhimova yenə komandasının ən yaxşısı olub. Voleybolçumuz bu dəfə 48 xal toplayıb. O, bunlardan 45-i hücumda, 3-ü blokda qazanıb.
Qeyd edək ki, "Hyundai” bu qələbədən sonra liderliyini qoruyur.