Azərbaycan Super-Liqasının lider komandası olan "Lokomotiv” növbəti voleybolçusu ilə yollarını ayırıb. Çexiyalı Sarka Kubinovanın ardınca serbiyalı İvana Dersilio ilə də müqavilə pozulub. Belə ki, toppaylayıcı öz problemləri səbəbindən vətəninə qayıtmağı üstün tutmuşdusa, Dersilionun çıxışı baş məşqçi Teon Buijsi qane etməyib. Buna görə 2 illik fasilədən sonra karyerasını bərpa edən Serbiya yığmasının sabiq oyunçusu ilə müqavilənin müddəti uzadılmayıb.
Qeyd edək ki, Dersilionun əvəzinə yeni hücumçunun alınması da istisna deyil.