“Forli” uğursuzluq zolağından çıxa bilmir

“Forli” uğursuzluq zolağından çıxa bilmir

Qadın voleybolçular arasında İtaliya A seriyasında VI turun oyunları keçirilib. Azərbaycan millisinin blokçusu Anna Nazarenkonun şərəfini qoruduğu "Forli” "İL Bisonte Firenze” klubunu qəbul edib.
Qarşılaşma təmsilçimizin komandası üçün yenə uğursuz alınıb. Onlar rəqibinə 3:0 hesabı ilə məğlub olaraq, daha 1 pillə geriləyib. Aktivində 3 xalı olan "Forli” 12 klub arasında 11-ci yerə enib.