Qadın voleybolçular arasında Azərbaycan Super-liqasında I dövrənin son turuna yekun vurulub. V turun son oyununda "Rabitə” ilə "Azəryol” komandaları qarşılaşıblar. Görüş gəzlənilən kimi gərgin mübarizə şəraitində keçib. Oyuna gəlincə, əzəli rəqiblərin qarşılaşmasının ilk hissəsində son illərin dəyişməz çempionu "Rabitə” qalib gəlib. İkinci hissə də onların üstünlüyü ilə şəraitində başlayıb. Lakin Aleksandr Çervyakovun taktiki gedişləri komandasını çətin vəziyyətdən çıxarıb. Nəticədə "Azəryol” inamlı oyun sayəsində hissələr arasındakı fərqi bərabərləşdirib. Üçüncü hissədə isə "Azəryol” inamlı oyun nümayiş etdirərək qalib gəlib. Amma buna baxmayaraq, "Rabitə” ruhdan düşməyib, sona kimi döyüşüb. Onların taktiki gedişləri və əvəzetmələri "Azəryol”un məğlub olmasına səbəb olub- 2:2. Komandalar qalibi müəyyənləşdirmək üçün tay-brekdə qüvvələrini sınamalı olublar. Tay-brekdə isə "Rabitə” sevinən tərəf olub. Onlar 3:2 hesabı ilə qalib gələrək, ilk dövrəni ikinci pillədə başa vurublar. Qeyd edək ki, V turun start matçında "Azərreyl”la "Telekom” qarşılaşıb. Oyunda Eldar Yusubovun komandası 3:2 hesabı ilə qələbə qazanıb.
Dekabr 3-də Azərbaycan Super-liqasının II dövrəsinə start verilib. VI turun oyunlarından sonra "Rabitə” vahid liderliyə yüksəlib.
Belə ki, "Azərreyl”lə qarşılaşan "Rabitə” qələbə qazanmaqda çətinlik çəkməyib. İlk hissədə komanda 17 top fərqi ilə qalib gəlib.
"Rabitə” üçün ikinci hissədə də qələbə qazanmaq asan olub. Lakin "Azərreyl” üçüncü setdə rəqibinə ciddi müqavimət göstərib. Buna baxmayaraq, Çempionlar Liqasındakı təmsilçimiz bütün gücündən istifadə edərək növbəti 3 xalını qazanıb. Turun son matçında "Lokomotiv” "Azəryol”la üz-üzə gəlib. Günün mərkəzi görüşündə Aleksandr Çervyakovun komandası qələbə qazanıb. Matça gəlincə, oyun "Azəryol”un üstünlüyü ilə başlayıb. Lakin ilk hissəni öndə bitirən komanda ardınca səhvlərlə yadda qalıb. Bundan məharətlə istifadə edən "Lokomotiv” nəinki hesabı bərabərləşdirib, hətta hissələrin fərqində önə də çıxıb - 2:1. Dördüncü hissə də "Azəryol” qələbə qazanaraq tay-brekdə qüvvəsini sınamaq imkanı qazanıb. "Azəryol” tay-brekdə də təşəbbüsü rəqibə verməyib. Onlar ardıcıl xallar qazanaraq meydanı qalib kimi tərk ediblər. Beləliklə, layiqli qələbə qazanan "Rabitə” zirvəyə yüksəlib. Aktivinə 1 xal yazan "Lokomotiv” 2-ci pilləyə endiyi halda, 3-cü yerdə olan "Azəryol” onlarla xal fərqini 1-ə endirib.
30 noyabr
V tur
"Rabitə” - "Azəryol” - 3:2 (25:23, 25:27, 23:25, 25:18, 15:12)
3 dekabr
VI tur
"Lokomotiv” - "Azəryol” - 2:3 (23:25; 25:22; 25:13; 19:25; 7:15)
Voleybol Mərkəzi
İlk oyun: "Azəryol” - "Lokomotiv” - 2:3 (26:24, 22:25, 25:22, 26:28, 11:15)
"Azərreyl” - "Rabitə” - 0:3 (8:25; 18:25; 23:25)
Voleybol Mərkəzi
İlk oyun: "Rabitə” - "Azərreyl” - 3:0 (25:20, 25:22, 25:22)