"Azəryol” komandasının voleybolçusu bir müddət mübarizə aparmayacaq. Belə ki, Bakı klubunun oyunçusu Anastasiya Qurbanova müvəqqəti olaraq komandadan ayrı düşüb. Buna səbəb Azərbaycan millisinin də şərəfini qoruyan 24 yaşlı hücumçunun əməliyyat olunmasıdır. Belə ki, bu gün İstanbulda Qurbanovanın əlində əməliyyat aparılıb və bu əməliyyat uğurla başa çatıb. Onun komandaya qoşulacağı və məşqlərə başlayacağı tarixi həkimlər bu günlərdə açıqlayacaqlar. Çünki Anastasiyanın digər əlində də ağrılar var. Qeyd edək ki, Anastasiya Qurbanova yığmamızın ən perspektivli oyunçularından hesab olunur.