Təmsilçimizin komandası 1 xal qazandı

Təmsilçimizin komandası 1 xal qazandı

İtaliya A seriyasında qadın voleybolçular arasında VIII turun oyunları keçirilib. Azərbaycan millisinin blokçusu Anna Nazarenkonun şərəfini qoruduğu "Forli” "Konegliano” klubunu qəbul edib.
Qarşılaşma təmsilçimizin komandası üçün yenə uğursuz alınıb. Məğlubiyyətə baxmayaraq, "Forli” aktivinə 1 xal da olsa əlavə edə bilib - 2:3 (15:25, 25:23, 16:25, 26:24, 12:15). Nazarenko matçda 6 dəfə fərqlənib.
Qeyd edək ki, IX oyun həftəsində "Montiçiari”nin qonağı olacaq "Forli” 8 matçdan sonra 4 xalla 11-ci yerdədir.