Qadın voleybolçular arasında Cənubi Koreya çempionatında XI turun oyunlarına start verilib. Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın çıxış etdiyi "Hyundai” klubu "İBK Altos” klubunun qonağı olub. Görüş təmsilçimizin komandasının asan qələbəsi ilə yekunlaşıb. "Hyundai” klubunun 3:0 (25:22; 26:24; 25:14) hesabı ilə qalib gəldiyi oyunda Polina Rəhimova 32 xal toplayıb. Qələbə sayəsində aktivindəki xalını 23-ə çatdıran "Hyundai” turnir cədvəlində liderliyini davam etdirir.