Dünən qadın voleybolçular arasında "Çelenc Cup”ın 1/16 final mərhələsinin ilk qarşılaşmaları keçirilb. II təsnifat mərhələsində "İnsbruk” klubunu mübarizədən kənarlaşdıran "Azərreyl” bu dəfə İsveçrə "Könits”ini sınağa çəkib. Vüqar Əliyevin yetirmələri Super Liqanın autsayderi olsalar da, bu görüşün favoriti sayılırdılar. Onların İsveçrə çempionatının ikincisi ilə Bakıda təşkil olunacaq qarşılaşmada uduzacaqları proqnozlaşdırılmırdı. Çünki güclü heyətinə görə "Könits”i üstələyən "dəmiryolçular” bu mərhələni adlamaq gücündə idilər.
Doğma meydanda təşkil olunan oyuna komandamız fəal başlayıb. Bunun nəticəsi olaraq, voleybolçularımız birinci hissədə 7 top fərqi ilə qalib gəliblər. İkinci hissədə təmsilçilərimizin üstünlüyü şəraitində keçib - 25:21. Üçüncü hissədə isə oyunun taleyinə aydınlıq gəlib. "Azərreyl” bu hisədə də rəqibini məğlubiyyətə uğradaraq cavab oyununa böyük üstünlük qazanıb.
11 dekabr
"Çelenc Cup”
1/16 final mərhələsi, ilk oyun
"Azərreyl” (Azərbaycan) - "Könits” (İsveçrə) - 3:0 (25:18; 25:21; 25:21)
Hakimlər: Kiril Stoyanov (Bolqarıstan), Vladimir Payevski (Ukrayna)
Bakı, Voleybol Mərkəzi
Qeyd edək ki, "Konits” - "Azərreyl” matçı dekabrın 17-də keçiriləcək.