Superliqanın təqvimi açıqlanıb

Superliqanın təqvimi açıqlanıb


Qadın voleybolçular arasında Azərbaycan Superliqasının III dövrəsinin təqvimi açıqlanıb. Dekabrın 22-də başa çatacaq II dövrə 33 gün sonra davam etdiriləcək. Belə ki, XI tura yanvarın 24-də Azərbaycan çempionu "Rabitə” start verəcək. Dövrənin son qarşılaşmasına da öz meydanlarında Dejan Brdjoviçin yetirmələri yekun vuracaqlar.
Məlumat üçün bildirək ki, VIII turda 1 gündə iki qarşılaşma keçirilib. Belə ki, "Lokomotiv” "Telekom”un qonağı olub. "Dəmiryolçular” ilk görüşdə 3:1 hesabı ilə qalib gəldikləri Eldar Yusubovun yetirmələrinin bu dəfə də gücünü yoxlayıblar. Oyuna yaxşı başlayan "Lokomotiv” ilk setdə qələbə qazanmaqda çətinlik çəkməyib. İkinci hissəni də asanlıqla xeyrinə tamamlayan qonaqlar yalnız üçüncü setdə rəqibin müqaviməti ilə üzləşib. Lakin buna baxmayaraq, Teon Buijsin yetirmələri qalib gələrək, müvəqqəti də olsa, ilk pilləyə yüksəlib. Günün digər oyununda autsayder "Azərreyl” "Azəryol”u qəbul edib. Bu görüşdə də sevinən tərəf qonaqlar olub. Hər üç seti böyük üstünlüklə xeyrinə tamamlayan Aleksandr Çervyakovun komandası rəqibini böyük hesabla məğlub edib.


14 dekabr
VIII tur
"Telekom” - "Lokomotiv” - 0:3 (19:25, 15:25, 22:25)
Gənclik Olimpiya Kompleksi
İlk oyun: "Lokomotiv” - "Telekom” - 3:1 (25:20; 21:25; 25:18; 25:19)
"Azərreyl” - "Azəryol” - 0:3 (20:25; 16:25; 15:25)
Voleybol Mərkəzi
İlk oyun: "Azəryol” - "Azərreyl” - 3:0 (26:24; 25:20; 25:16)
III dövrə
XI tur
24 yanvar
16:00. "Rabitə” - "Azərreyl”
"Gənclik” Olimpiya Kompleksi
18:00. "Azəryol” - "Lokomotiv”
Voleybol Mərkəzi
27 yanvar
XII tur
16:00. "Azərreyl” - "Lokomotiv”
Voleybol Mərkəzi
18:00. "Telekom” - "Rabitə”
"Gənclik” Olimpiya Kompleksi
31 yanvar
XIII tur
16:00. "Lokomotiv” - "Telekom”
Voleybol Mərkəzi
18:00. "Azəryol” - "Azərreyl”
Voleybol Mərkəzi
6 fevral
XIV tur
16:00. "Lokomotiv” - "Rabitə”
Voleybol Mərkəzi
18:00. "Azəryol” - "Telekom”
Voleybol Mərkəzi
9 fevral
XV tur
16:00. "Azərreyl” - "Telekom”
Voleybol Mərkəzi
18:00. "Rabitə” - "Azəryol”
"Gənclik” Olimpiya Kompleksi