Azərbaycan Superliqasının gümüş mükafatçısı "Azəryol” Türkiyədə beynəlxalq turnirdə qüvvəsini sınayacaq. Paytaxt təmsilçisi yanvarın 3-dən 5-dək Antalyada "Gloria Sports Arena”nın açılışı münasibəti ilə təşkil olunacaq "Gloria Cup”da mübarizə aparacaq. Yarışda "Azəryol”la yanaşı, İstanbul təmsilçisi "Vakıfbank”, İsveçrənin "Volero” və Sloveniyanın "Maribor” klubları da iştirak edəcək. "Gloria Cup”ın açılış matçında Aleksandr Çervyakovun yetirmələri Türkiyə çempionu ilə qarşılaşacaqlar.
Turnirin təqvimi belədi:
3 yanvar
19:00. "Vakıfbank” - "Azəryol”
21:30. "Maribor” - "Volero”
4 yanvar
19:00. "Azəryol” - "Volero”
21:30. "Maribor” - "Vakıfbank”
5 yanvar
16:00. "Azəryol” - "Maribor”
18:30. "Volero” - "Vakıfbank”