Rəqibimizdən asan qələbə

Rəqibimizdən asan qələbə


Qadın voleybolçular arasında Rusiya Superliqasında IX turun oyunlarına start verilib. Çempionlar Liqasında "Rabitə” ilə eyni qrupda yer alan Kazan "Dinamo”su "Leninqradka”nı qəbul edib. Matç ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1 (25:17, 25:14, 23:25, 25:14). CEV kubokunun 1/4 finalında "Lokomotiv”lə oynayacaq Krasnodar "Dinamo”su da turu 3 xalla bitirib. Onlar "Voronej”i "quru hesabla” məğlub ediblər - 3:0 (25:15, 25:13, 25:21).