Komandalarımız qüvvələrini sınayıblar

Komandalarımız qüvvələrini sınayıblar


Qış fasiləsində olan "Rabitə” və "Telekom” yoxlama oyunu keçirib.
Qarşılaşmada "Rabitə”nin asan qələbə qazanacağı gözlənilsə də, tam əksi baş verib. Əsasını perspektivli gənclər təşkil edən Eldar Yusubovun komandası rəqibinə ciddi müqavimət göstərərək, ardıcıl 4 setdə onlardan güclü olub.
Qeyd edək ki, Çempionlar Liqasında Çexiyanın "Agel” kulubu ilə oyuna hazırlaşan "Rabitə” daha öncə Superliqada "Lokomotiv”lə münasibətinə aydınlıq gətirəcək.