"İqtisadçı” klubunun sabiq baş məşqçisi Jan de Brandt 2 illik fasilədən sonra yenidən məşqçilik karyerasını davam etdirəcək. 2011-ci ildə universitet komandası ilə yollarını ayıran belçikalı mütəxəssis İsveçrənin "Volero” klubu ilə razılığa gəlib. O, Sürix təmsilçisi ilə 3 illik müqaviləyə imza atıb. Məlumat üçün bildirək ki, Brandt "Rabitə” və "Lokomotiv”in sabiq baş məşqçisi Draqutin Baltiçi əvəz edib. O, yeni mövsümdən etibarən məşqçilik fəaliyyətinə başlayacaq.