Azərbaycanlı beynəlxalq dərəcəli hakim Eldar Əliyev yeni təyinat alıb. Avropa Voleybol Konfederasiyası (CEV) ədalət təmsilçimizə növbəti dəfə etimad göstərib.
Belə ki, hakimimiz qadın voleybolçular arasında Avropa çempionatının pley-off mərhələsində Belarus - Slovakiya matçını idarə edəcək. O, görüşdə baş hakim olacaq. Həmyerlimizə finlandiyalı Kari Partiainen kömək edəcək.
Maraqlıdır ki, bu cütün qalibi finalda Azərbaycan yığmasına rəqib olacaq. Qeyd edək ki, görüşün vaxtı hələ dəqiqləşməyib. Matç 29 may-2 iyun tarixində keçirilməlidir. Cavab oyunu isə bir həftə sonra Slovakiyada olacaq.