Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova "Hyundai”nin heyətində Cənubi Koreya çempionatında növbəti oyununa çıxıb. 25 yaşlı hücumçumuzun komandası XXII tur çərçivəsində "İBK Altos” klubunu qəbul edib. Seul təmsilçisi bu oyunla uğursuz seriyaya son qoyub. 26 dəfə hücumda dəqiq oynayan Polina Rəhimova komandasına 22 xal qazandırıb. Məlumat üçün qeyd edək ki, bu qələbə "Hyundai”nin ikinci pilləyə yüksəlməsi ilə nəticələnib. Aktivindəki xalı 37-yə çatdıran komanda "İBK Altos”u 1 xal qabaqlayıb.