Qadın voleybolçular arasında III dövrənin ilk oyunu təxirə salınıb. Yanvarın 24-də keçirilməli olan "Azəryol” - "Lokomotiv” oyunu vaxtında baş tutmayacaq.
Buna səbəb nominal ev sahiblərinin Çempionlar Liqasında yanvarın 28-də Fransanın "Nant” komandası ilə səfər oyununa bir qədər tez yollanmasıdır.
Məlumat üçün qeyd edək ki, "Azəryol” - "Lokomotiv” oyunu keçirilməyəcəyindən, XI turun yeganə oyunu yanvarın 25-nə təsadüf edəcək. Həmin gün "Rabitə” "Azərreyl” klubu ilə qarşılaşacaq.