Bakının qadınlardan ibarət "Lokomotiv” voleybol komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarında növbəti oyununu keçirib. Turnirin 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Lokomotiv” səfərdə "Dinamo” (Krasnodar) kollektivi ilə qarşılaşıb.
Təəssüf ki, komandamız həmin yarışda 3:0 hesabı ilə məğlub olub.
Məlumat üçün qeyd edək ki, bu komandalar arasında Bakıda təşkil olunan ilk oyun "Lokomotiv”in eyni hesablı qələbəsi ilə başa çatmışdı.
Buna görə də qalibi müəyyənləşdirmək üçün əlavə "Qızıl set” oynanılıb. Gərgin idman mübarizəsi şəraitində keçən setdə "Dinamo” 15:13 hesabı ilə qalib gəlib. Beləliklə, "Lokomotiv” komandası CEV kuboku yarışlarında mübarizəsini dayandırıb.