Yanvarın 29-da Lüksemburqda qadın və kişi voleybolçular arasında Çempionlar Liqası yarışlarının pley-off və Avropa Voleybol Konfederasiyasının (CEV) "Çelenc raund” mərhələsinin püşkatma mərasimi keçirilib.
Püşkatmanın nəticəsində Bakının "Azəryol” voleybol komandası Çempionlar Liqası yarışlarının birinci pley-off mərhələsində İtaliyanın "Yamamay” kollektivi ilə qarşılaşacaq. Turnirinin "Dördlər finalı”na Polşanın "Ximik Polis” komandası ev sahibliyi edəcək. Birinci pley-off mərhələsinin ilk oyunları fevralın 10-12-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.
Azərbaycan çempionu "Rabitə” isə "Çellenc raund”da Fransanın "Beziers” komandası ilə üz-üzə gələcək. Bu mərhələnin ilk oyunları martın 3-5-də, cavab görüşləri isə bir həftə sonra oynanılacaq.