Qadın voleybolçular arasında Cənubi Koreya çempionatında pley-off mərhələsinə yekun vurulub. Azərbaycan millisinin oyunçusu Yana Ağayevanın şərəfini qoruduğu "Hyundai” GS klubu ilə qarşılaşıb. Təmsilçimizin komandası hər iki matçda 1:3 hesabı ilə məğlub olub - 0:2. Səfərdəki oyunda (25:17, 23:25, 25:18, 26:24) Yana 24 xal qazanıb. Doğma meydanda təşkil olunan görüşdə isə Yananın qazandığı 39 xal da komandasını məğlubiyyətdən qurtara bilməyib - 23:25, 24:26, 26:24, 21:25.
Beləliklə, birbaşa finala yüksələn İBK-nın həlledici qarşılaşmalardakı rəqibi GS klubu olub. Ağayeva isə komandası ilə birlikdə bürünc medala sahib çıxıb.