Baş məşqçi “Rabitə” klubundan ayrılıb

Baş məşqçi “Rabitə” klubundan ayrılıb


Bakının qadınlardan ibarət "Rabitə” voleybol klubu baş məşqçi Dejan Brdjoviç ilə yollarını ayırıb. Buna komandanın Çempionlar Liqası yarışlarında uğursuz çıxışı səbəb olub. Klubla serbiyalı mütəxəssis arasımda mövsümün əvvəlində bağlanılan müqaviləyə son quyulub. Azərbaycan çempionu Çempionlar Liqası yarışlarında çıxış etdiyi bütün illərdə mərhələni keçsə də, bu dəfə 6 oyundan 4-də uduzmaqla Avropa Voleybol Konfederasiyası (CEV) kubokunun səviyyəsinə enib.
Komandanın yeni baş məşqçisinin adı yaxın günlərdə dəqiqləşəcək.