Aprelin 5-7-də "Climbaku” dırmanma mərkəzində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə idman dırmanması üzrə "Ümid” yarışı təşkil olunacaq. Yarış boulderinq, çətinlik və sürət mərhələləri üzrə keçiriləcək. Yarışın keçirilməsində məqsəd idman qayayadırmanmasını yeniyetmə və gənclər arasında populyarlaşdırmaq, gələcəkdə beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edə biləcək idmançıları üzə çıxarmaqdır. Yarışda paytaxtı və respublikamızın müxtəlif bölgələrini təmsil edən klublardan idmançılar bacarığını nümayiş etdirəcək.