2011-ci ildə beynəlxalq miqyasda çıxışını dayandıran kişi voleybolçulardan ibarət Azərbaycan millisinin yeni heyəti formalaşdırılır. 2 illik fasilədən sonra dünya çempionatının ilkin mərhələsində iştirak edəcək komandamız artıq 2 legioneri milliləşdirib.
Bunlar ukraynalı Giorgi Klepko və rusiyalı Məhəmmədsalam Hacıyevdir.
Qeyd edək ki, kişilərdən ibarət millimizə bolqarıstanlı Plamen Xristova rəhbərlik edəcək. Komandamızın ilk cəhdi mayın 23-26-da Xorvatiyada olacaq. Həmin vaxt yığmamız ev sahibləri, Bosniya və Herseqovina və Hollandiya ilə birlikdə eyni qrupda mərhələ adlamaq üçün mübarizə aparacaq.