Çempionlar Liqası yarışlarında iştirakını dayandıran Bakının qadınlardan ibarət "Rabitə” voleybol komandası Avropa Voleybol Konfederasiyası (CEV) turnirində mübarizə aparacaq.
"Rabitə”nin CEV turnirinin dörddəbir final mərhələsində Fransanın "Beziers” komandası ilə ilk görüşü martın 3-də Aqd şəhərində təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Komandalar arasında Bakıda təşkil olunacaq cavab görüşünün vaxtı hələ müəyyənləşməyib.