Fevralın 21-də qadın voleybolçular arasında Azərbaycan Super Liqası yarışlarının XII turu çərçıvəsində təxirə salınan qarşılaşma keçirilib.
Günün yeganə matçında "Telekom” komandası "Rabitə” ilə qarşılaşıb. Matçın aşkar favoriti olan son illərin dəyişməz ölkə çempionu "Rabitə” çətinlik çəkmədən 3 xal qazanıb. Baş məşqçi Zoran Qayıçin gəlişindən sonra əsas rəqiblərindən "Lokomotiv” üzərində "quru hesablı” qələbə qazanan "Rabitə” "Telekom”a da eyni aqibəti yaşadıb – 3:0.
Bu qələbədən sonra "Rabitə” turnir cədvəlinin ilk pilləsinə qalxıb.