“Azəryol” “Lokomotiv”ə qalib gəlib

“Azəryol” “Lokomotiv”ə qalib gəlib


Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XVI turun oyunu keçirilib.
Günün yeganə qarşılaşması Voleybol Mərkəzində "Lokomotiv” və "Azəryol” komandaları arasında təşkil olunub.
Görüş "Azəryol”un 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu asan qələbə ilə "Azəryol” turnir cədvəlində 2-ci pilləni ələ keçirib. Komanda "Rabitə” ilə xal fərqini də 5-ə endirə bilib.
Qeyd edək ki, XVI turun digər oyununda "Rabitə” "Azərreyl”ə 3:1 hesabı ilə qalib gəlib.