“Rabitə” CEV kubokunun finalına vəsiqə qazana bilməyib

“Rabitə” CEV kubokunun finalına vəsiqə qazana bilməyib


Martın 28-də Bakının qadınlardan ibarət "Rabitə” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının yarımfinal mərhələsinin cavab oyununu keçirib.
Azərbaycan təmsilçisi "Sərhədçi” Olimpiya İdman Mərkəzində Rusiyanın Krasnodar şəhərinin "Dinamo” komandası ilə qarşılaşıb.
Belaruslu baş hakim Çavdar Marevin idarə etdiyi oyun 3:0 (25:23, 25:19, 25:20) hesabı ilə Rusiya komandasının xeyrinə başa çatıb.
İlk oyunda da "Dinamo” kollektivi "Rabitə”ni 3:1 hesabı ilə məğlub etmişdi. Beləliklə, iki oyunun nəticəsinə görə Rusiya komandası CEV kubokunun finalına vəsiqə qazanıb.
Digər yarımfinal cütündə isə "Qalatasaray” (Türkiyə) "Atom”u (Polşa) qəbul edəcək. Bu komandaların ilk görüşündə Polşa təmsilçisi 3:0 hesabı ilə qalib gəlmişdi.