Super-liqada ötən turlardan təxirə salınmış oyunlar keçirildi

Super-liqada ötən turlardan təxirə salınmış oyunlar keçirildi

Aprelin 1-də qadın voleybolçular arasında Super-liqada ötən turlardan təxirə salınmış oyunlar keçirildi. Birinci görüşdə "Azərreyl” "Lokomotiv” klubu ilə qarşılaşdı.
Bu oyunun gərgin keçəcəyini əvvəlcədən gözləmək olardı. Çünki "Azərreyl” italiyalı baş məşqçi Alessandro Çiappinini ilə yollarını ayırdıqdan sonra komanda bir qədər çətin vəziyyətə düşmüşdü. Yeni baş məşqçi Aleksandr Çervyakovun isə klubu düşdüyü vəziyyətdən çıxarmaq üçün komandada müəyyən dəyişikliklər edəcəyi də gözlənilən idi.
"Lokomotiv”də turnir cədvəlində vəziyyətini gərginləşdirməmək üçün meydana qələbə əzmi ilə çıxmışdı. Birinci hissədə "Azərreyl” qələbəni bayram etdi. İkinci hissə isə Çuzeppe Kuçarinin yetirmələrinin xeyrinə yekunlaşdı. Ardıcıl olaraq növbəti hissələrdə qələbə qazanan "Azərreyl” 3 xal qazandı. Günün digər qarşılaşmasında "Bakı-Azəryol” "İqtisadçı” ilə görüşüb. Hər üç hissəni qələbə ilə bitirən universitet komandası aktivinə növbəti 3 xalı əlavə edib. Beləliklə, təxirə salınmış oyunlardan sonra turnir cədvəlində elə bir dəyişiklik qeydə alınmayıb.
1 aprel
XIII turun təxirə salınmış oyunu

"Azərreyl” - "Lokomotiv” - 3:1 (25:20, 21:25, 25:19, 25:17)
İlk oyun: "Lokomotiv” - "Azərreyl” - 1:3 (23:25, 25:23, 26:28, 20:25)
İkinci oyun: "Lokomotiv” - "Azərreyl” - 3:2 (25:21; 23:25; 25:23; 15:25; 15:7)


XX turun təxirə salınmış oyunu

"Bakı-Azəryol” - "İqtisadçı” - 0:3 (19:25, 15:25, 15:25)
İlk oyun: "Bakı-Azəryol” - "İqtisadçı” - 0:3 (15:25, 25:27, 12:25)
İkinci oyun: "İqtisadçı” - "Bakı-Azəryol” - 2:3 (22:25, 23:25, 25:20, 25:23, 12:15)