Voleybolçu qadınlar slovaklarla görüşəcəklər

Voleybolçu qadınlar slovaklarla görüşəcəklər


Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının 3-cü təsnifat mərhələsində Slovakiya yığmasına qarşı ilk görüşünü keçirəcək.
Bakıdakı Voleybol Mərkəzində təşkil ediləcək qarşılaşma saat 18:00-da başlanacaq. Matçın hakimləri türkiyəli İlhami Senyurt və ukraynalı Alim Batyuk olacaq.
Natalya Məmmədova bugünkü oyunda qolundakı zədə səbəbindən iştirak etməyəcək. Əvəzində analıq məzuniyyətindən qayıdan Valeriya Korotenko əsas komandada məşqləri bərpa edib.
Qeyd edək ki, cavab görüşü mayın 30-da Slovakiyanın Levitse şəhərindəki İdman Sarayında baş tutacaq. İki oyunun nəticəsində üstün olacaq komanda sentyabrın 26-dan oktyabrın 4-dək Hollandiya və Belçikada təşkil olunacaq Avropa çempionatının final mərhələsinə yüksələcək.