Bakının qadınlardan ibarət "Rabitə” klubunun keçmiş voleybolçusu Sanya Staroviç karyerasını aşağı divizionda davam etdirəcək. Son mövsümü Türkiyənin "Beşiktaş” klubunda keçirən 32 yaşlı serbiyalı hücumçu "Balıkesir” klubu ilə razılığa gəlib. O, ikinci liqada oynayan komanda ilə birillik müqaviləyə bağlayıb. Qeyd edək ki, 2008-ci ildən "Rabitə” klubunun şərəfini qoruyan Sanya Staroviç "Rabitə” ilə 6 dəfə Azərbaycan çempionu adını qazanıb. O, 2013-2014-cü il mövsümündə bu komandanın kapitan sarğısını daşıyıb.