“Azəryol” iki voleybolçu ilə müqavilə imzalayıb

“Azəryol” iki voleybolçu ilə müqavilə imzalayıb


Qadınlardan ibarət "Azəryol” peşəkar voleybol klubu bu dəfə tailandlı Malika Kentonq və amerikalı Lauren Vayt ilə birillik müqavilə imzalayıb. Qeyd edək ki, bu, Malika Kentonqun ölkəmizdə ilk çıxışı olmayacaq. Belə ki, Tailand millisinin şərəfini qoruyan voleybolçu daha əvvəl "İqtisadçı” klubunun formasını geyinib. Amerikalı Vayt isə Corc Vaşinqton Universitetinin komandasında çıxış edib.