Şəkidə voleybol üzrə şəhər birinciliyi başa çatıb

Şəkidə voleybol üzrə şəhər birinciliyi başa çatıb

Şəki şəhərindəki idman sağlamlıq mərkəzində şəhərdə fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin qızlardan ibarət komandaları arasında voleybol üzrə yarış keçirilib.
Beş komandanın iştirakı ilə keçirilən yarışlarda Pedaqoji Kollecin qızlardan ibarət komandası birinci yeri tutub. Musiqi Kollecinin və Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının komandaları yarışları ikinci-üçüncü pillədə başa vurublar. Qalib komandalar şəhər gənclər və idman idarəsinin diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırılblar.