"Lokomotiv” klubu daha bir voleybolçunun keçidini həll edib. Yeni mövsümdə Çempionlar Liqasında oynayacaq Bakı təmsilçisi Almaniya millisinin blokçusu Berit Kauffeldlə müqavilə imzalayıb. Razılaşmaya əsasən 25 yaşlı oyunçu 2015-2016-cı illər mövsümündə "Lokomotiv”in heyətində çıxış edəcək. 190 santimetr boyu olan bu voleybolçu Polşanın "İmpel Vrotslav” klubundan transfer edilib. O, indiyədək "Şverner” (2007-2012-ci illər, Almaniya), "Pallovolo” (2012-2013-cü illər) və "Conegliano” (2013-2014-cü illər, hər ikisi İtaliya) komandalarının şərəfini qoruyub.
Almaniya millisinin heyətində 49 qarşılaşmaya çıxan Berit komandanın əsas oyunçularından biri hesab edilir.