Rayon birinciliyinə yekun vurulub

Rayon birinciliyinə yekun vurulub


Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının və Şahbuz Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən voleybol üzrə rayon birinciliyi başa çatıb. "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən turnirdə idarə, müəssisə, təşkilat və kənd inzibati ərazi dairələrinin on komandası mübarizə aparıb.
Turnirin final mərhələsində Şahbuz İcra Hakimiyyətinin komandası ilə Kükü kənd inzibati ərazi dairəsinin komandası üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma icra hakimiyyətinin komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Olimpiya sistemi üzrə dörd gün davam edən birinciliyin sonunda qalib komandaya kubok, medal və diplom təqdim olunub.