Avropa çempionatında çıxış edəcək millimizin heyəti açıqlanıb

Avropa çempionatında çıxış edəcək millimizin heyəti açıqlanıb


Xəbər verdiyimiz kimi, sentyabrın 26-dan oktyabrın 4-dək Belçika və Hollandiyada voleybol üzrə qadınlar arasında Avropa çempionatı keçiriləcək. Çempionatda mübarizə aparacaq Azərbaycan milli komandasının heyəti müəyyənləşib. Çempionat qabağı komandamızın heyətində müəyyən dəyişikliklər edilib. Belə ki, hücumçu Yana Ağayeva, blokçu Yelena Parxomenko və toppaylayıcı Natəvan Qasımova əsas heyətdə yer almayıblar. Baş məşqçi Faiq Qarayev əsas heyətdə hücumçular Polina Rəhimova, Odina Bayramova, Yekaterina Jidkova, Marqarita Əzizova, blokçular - Kseniya Poznyak, Ayşən Abduləzimova, Aynur Kərimova, toppaylayıcılar - Oksana Kurt, Kristina Yaqubova, liberolar Valeriya Məmmədova, Oksana Kiselyova və Ceyran Əliyevaya yer verib.
Qeyd edək ki, "B” qrupunda mübarizə aparacaq yığma komandamızın oyunları Belçikanın Antverpen şəhərində keçiriləcək.