Millimiz ilk görüşünü türklərə uduzdu

Millimiz ilk görüşünü türklərə uduzdu


Azərbaycanın qadınlardan ibarət voleybol komandası Belçika və Niderlandda keçirilən Avropa çempionatında Türkiyəyə məğlub olub.
Antverpendə keçirilən görüş türklərin 3:0 hesablı (25:21, 28:26, 25:13) üstünlüyü ilə yekunlaşıb.
"B" qrupunun digər oyununda Belçika yığması macarları 3:0 hesabı ilə (25:15, 25:8, 25:18) məğlubiyyətə uğradıb.